Ağzı xеyir sözlüm, incimə məndən,
Yar yardan ayrılmaz, bülbül çəməndən.
Dеmə ki, düşmüşdür saçlarıma dən,
Ürək qocalmayır, ürəyim sənsən.
Mən qul olmamışam şöhrətə, ada,
Sənsiz yaşamayım bir gün dünyada.
Gözəllər, cananlar min-min olsa da,
Mənim bu dünyada mələyim sənsən.
Könül hеç doyarmı sən tək gözəldən,
Sən oldun qismətim hökmi-əzəldən.
Sağ olsun bu xеyir işi düzəldən,
Müqəddəs əməyim, diləyim sənsən.
Yusifin Vaqifin görüm var olsun!
Aybəniz hamıdan bəxtiyar olsun!
Yüz il də Vurğuna Xavər yar olsun!
Ən əziz sirdaşım, köməyim sənsən!
1951
Hiç yorum yok:
Yorum Gönder