Ayın əfsanəsi (Aybəniz) poеmasından bir parça



Azacıq keçmədən açıldı səhər, 
Geydi al donunu yaqut üfüqlər. 
Xəzər bir aynadı üzü ləkəsiz,
Ayıldı yuxudan qızım Aybəniz. 
Mən basıb bağrıma bu ayüzlümü,
Bu şirin dillimi, şəkər sözlümü, 
Dedim ki: -Aybəniz! O Aya bənzə, 
Daima saf yaşa, daima təzə!... 


1941

Hiç yorum yok:

Yorum Gönder