Çinarın Şikayəti


Dindi yol üstündə qoca bir çinar: 
“Şairim, sənə bir şikayətim var: 
Bu qoca dünyanın şahidiyəm mən... 
Kölgəmdə dincəlir hər gəlib-gedən. 
Bağçalar gül açır yaş torpağımda. 
Quşların adı var hər yarpağımda. 
Mən bu yer üzünə gələndən bəri 
Olmuş budaqlarım hava səngəri. 
Kötüyüm dünyanın sirrilə dolu, 
Dolanmış başıma karvanlar yolu. 
...Başımda oynamış min boranlı qış. 
Sanma ki, qüdrətim, gücüm qalmamış. 
Bax ayrılmamışam öz kötüyümdən!
Qəhrəman bir elin timsalıyam mən... 
Bir kəs inciməmiş sakit dilimdən, 
İnsana yaxşılıq gəlir əlimdən. 
Yayda kölgəliyim dağlardan sərin, 
Yaylağı olmuşam biçinçilərin. 
Silmişəm onların alın tərini, 
Sonra dinləmişəm can dəftərini. 
Ağır səfərlərə çıxan bir nəfər 
Tükənmək bilməyən uzun gecələr 
Sığınmış qoynuma sözü var kimi 
Örtmüşəm üstünü çadırlar kimi. 
Bəzən də kükrəyib əsəndə külək 
Coşur varlığımda polad bir ürək. 
Qalın şaxlarımın xışıltısından 
Zövq alır dünyanın şöhrəti insan. 
Bəzən də bir sərin axşama yaxın 
Ətəkli çöllərdən hey axın-axın 
Qalxan dolaşalar qaqqıldaşaraq, 
Dərələr keçərək, dağlar aşaraq 
Başımın üstündə dövrələr vurur, 
Bir yerə sıxlaşıb məclislər qurur. 
...Bəzən də canlanır gündüzün səsi 
Yığışır kölgəmə uşaq dəstəsi. 
Baxdıqca böyüyür gözümdə insan, 
Çəkdiyim ağrılar çıxır yadımdan. 
Fəqət deyirlər ki, yoldaş mühəndis 
Məni bir arxasız, yurdsuz, kimsəsiz 
Zənn edib plana almışdır ki, mən 
İndi çıxmalıyam öz kötüyümdən... 
Demək, qalmayacaq məndən yadigar. 
Ancaq mühəndisə bir sualım var: 
“Ömründə bir şitil , bir budaq belə, 
Mühəndis əkmişmi barı əlilə 
Ki, məni - bu boyda çinarı birdən 
Qoparmaq istəyir durduğu yerdən?” 
Mən bu şikayəti duyduqca dərin, 
Dedim ki, haqlısan, qocaman çinar! 
Bizdə təbiətə zülm edənlərin 
Nə insan duyğusu, nə də haqqı var!

10 yorum:

  1. salam allah razı olsun sizdən olmasa idi qızım oxuya bilməzdi

    YanıtlaSil
  2. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  3. 1 ci yazan adam hara isteyirsen bax google da var. Tekce bu deyil
    Buna adama cox sagol demek lazim deyil..
    Google ni yaradana ve youtube ni yaradana tesekkur etmek lazimdir😘😘😘

    YanıtlaSil
  4. Bu yorun yazar tarafından silindi

    YanıtlaSil